“Bu, qürurvericidir” - Adil Əliyev

Parlamentin bir əsrlik keçdiyi şərəfli yol müasir Azərbaycanımızın inkişafında, beynəlxalq arenada özünəməxsus yer tutmasında mühüm rol oynayır. Milli Məclis ən əsası ölkənin qanunverici bazasının formalaşmasında mühüm yer tutur.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

Onun fikrincə, Milli Məclisin fəaliyyəti nəticəsində bu gün qəbul olunan qanunlar heç də demokratik ölkə parlamentlərində qəbul olunan qanunlardan geri qalmır: “Parlamentimizin fəaliyyəti özündə sosial sifarişi əks etdirir. Bu səbəbdən də qəbul olunan qanunlar xalqımızın mənafelərinə tamamilə uyğundur və onun həyatına müsbət təsir edir. Məhz belə bir mötəbər gündə dünyanın bir sıra ölkələrinin rəhbər şəxslərinin parlamentin xüsusi iclasında iştirak etməsi, mənim də bir millət vəkili kimi burada təmsil olunmam qürurvericidir. Yaşasın şanlı Azərbaycanın Milli Məclisi!”.

AzNews.az