Müasir dövrdə beynəlxalq terrorçuluq və transmilli cinayətkar qruplar ilə təkbaşına mübarizə aparmaq çox çətindir. İran bu kimi mənfi hallarla apardığı mübarizənin səmərəsini artırmaq üçün yaxın qonşusu, dost və qardaş Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir. Müasir dövrdə beynəlxalq terrorçuluq və transmilli cinayətkar qruplar ilə təkbaşına mübarizə aparmaq çox çətindir. İran bu kimi mənfi hallarla apardığı mübarizənin səmərəsini artırmaq üçün yaxın qonşusu, dost və qardaş Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir.

"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişafa nail olub" - İranın daxili işlər naziri

Müasir dövrdə beynəlxalq terrorçuluq və transmilli cinayətkar qruplar ilə təkbaşına mübarizə aparmaq çox çətindir. İran bu kimi mənfi hallarla apardığı mübarizənin səmərəsini artırmaq üçün yaxın qonşusu, dost və qardaş Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq etmək niyyətindədir.

Bu sözləri müsahibəsində İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. Nazir bildirib ki, İran və Azərbaycan prezidentləri siyasi iradə nümayiş etdirərək iki ölkə arasında faydalı əməkdaşlıq əlaqələri yaradıblar. Məhz prezidentlərin səyləri nəticəsində İran ilə Azərbaycanın iqtisadiyyat, mədəniyyət, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki ölkə birgə iqtisadi layihələr həyata keçirirlər. Misal üçün, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini, Azərbaycanın Neftçala rayonunda istifadəyə verilən birgə avtomobil zavodunu göstərmək olar. Azərbaycan Prezidentinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmir yolunun inşasına kredit ayırması da təqdirəlayiqdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən İrana səfərini xatırladan Əbdülrza Rəhmani Fəzli məhz bu böyük şəxsiyyətin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə əldə olunan böyük uğurlar onları da sevindirir. Azərbaycanın təhlükəsizliyi və tərəqqisi İranın təhlükəsizliyi və inkişafı kimi qəbul olunur.

Ə.R.Fəzli Bakıya səfərini və Prezident İlham Əliyev ilə görüşünü də xatırladıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Azərbaycan bütün sahələr üzrə inkişafa nail olub. (AZƏRTAC)

AzNews.az