“Azərbaycan heç bir dövlətin qarşısından geri çəkilməyib” “Azərbaycan heç bir dövlətin qarşısından geri çəkilməyib”

Hakim partiyadan Çöhrəqanlı məsələsinə münasibət

“Azərbaycan heç bir dövlətin qarşısından geri çəkilməyib”



"Azərbaycan heç bir dövlətin, xarici qüvvənin qarşısından geri çəkilməyib və çəkilməyəcək. Azərbaycan tam müstəqil siyasət yürüdür".

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, deputat Mübariz Qurbanlı deyib. O, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri Mahmudəli Çöhrəqanlının Azərbaycana buraxılmamasının İranın qarşısında geri çəkilmə olduğu ilə bağlı iddialara münasibət bildirib.

M.Qurbanlı deyib ki, M.Çöhrəqanlının Bakıya buraxılmaması məsələsi tamamilə texnikidir. Onun sözlərinə görə, görünür, Çöhrəqanlının sənədlərində problem olduğu üçün onun Bakıya gəlişinə əngəl yaranıb: "Ona görə də bu məsələni siyasi yöndən izah etmək, bunu hansısa ölkə ilə münasibətlərə bağlamaq məntiqsizdir".

Anar
AzNews.az