- Köhnə - Siyasət
- 23 Avqust 2013 09:56
- 2 407
Rəsul Quliyev Cəmil Həsənlinin namizədliyinə qarşı: “O, müxalifətçi deyil”
AzNews.az-ın məlumatına görə, bu sözləri Açıq Cəmiyyət Partiyasının lideri və Milli Şuranın üzvü, eks-spiker Rəsul Quliyev deyib. R.Quliyev professor Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi seçilməsi məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, nə Azərbaycan daxilində, nə də xaricdə müxalifətçi lider kimi deyil, sadəcə tarixçi alim kimi tanınan C.Həsənlini bəzi siyasətçilər özlərinin siyasi arenada qalmaları naminə qurbanlıq kimi seçiblər. R.Quliyev deyib ki, bu siyasəti aparanlar seçkilərdə heç bir faiz də səs almağa ümidli deyillər, sadəcə onlar növbəti dəfə siyasi arenada ilişib qalmaq istəyirlər: "Doğrudanmı onlar xalqın "nəyə görə öz namizədliyini irəli sürmədin" sualına cavab verə biləcəklərinə inanırlar? Eks-spiker C.Həsənlini nəzərdə tutaraq bildirib ki, heç bir uğur olmayan yerdə 15 il müavin işləyən adam prezidentlik iddiasına düşə bilməz: "Parlamentə 2 dəfə seçilməsi mənim dediyim kimi onun hansı səviyyədə müxalifət olduğunun göstəricisidir. Mənim Cəmil müəllimə hörmətim var, siz isə onun xətrini istəmirsiniz".
Anar
AzNews.az