- Köhnə - Siyasət
- 28 Avqust 2013 12:04
- 2 656
İqbal Ağazadəyə qarşı virtual təxribat
AzNews.az-ın məlumatına görə, sosial şəbəkədə namizədin adına saxta profillər açılaraq, Ümid Partiyası adından saxta məlumatlar saxta linklərlə həmin profillərdə yayılır.
Məlumatda bildirilir ki, profildə yerləşdirilmiş linklərin üzərində vurduqda heç bir məlumata rast gəlinmir. Saxta istifadəçi həmin profildən Azərbaycanın bir sıra tanınmış ictimayyət nümayəndələrinə, jurnalistlərə, siyasi xadimlərə dostluq da göndərib. Partiyanın mətbuat xidmətindən bildirilir ki, bu saxta profilləri yaradanların həmin profildən təbliğat kampaniyası dövründə prezidentliyə namizəd İqbal Ağazadəyə qarşı ciddi təxribat törətmək, onun əleyhinə piar aparmaq, dezinformasiyalar yaymaq, sosial şəbəkədə seçicilər arasında çaşqınlıq yaratmaq, digər rəqiblər haqqında məqsədə uyğun olmayan, saxta informasiyalar yaymaqla onlar arasında gərginlik yaratmaq məqsədi güddüyünü göstərir.
Partiya bəyan edir ki, bu saxta profillərin prezidentliyə namizəd İqbal Ağazadə və Ümid partiyası ilə heç bir əlaqəsi yoxdur və oradan yayılan məlumatlara görə Ümid məsuliyyət daşımır.
Mətbuat xidmətindən əlavə olaraq deyilib ki, prezidentliyə namizəd İqbal Ağazadənin adına açılmış saxta profillər bunlardır:
www.facebook.com/iqbal.agazade.56?fref=ts , https://www.facebook.com/profile.php?id=100006536650784&fref=ts
AzNews.az