Avropa Parlamenti prezident seçkilərinə müşahidəçi missiya göndərəcək - QƏRAR

Avropa Parlamenti oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün missiya göndərəcək.

AzNews.az-ın məlumatına görə, Avropa Parlamentindəki qurum bu saatlarda bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, Avropa Parlamenti və ATƏT iyul ayında bu il keçiriləcək prezident seçkilərində Azərbaycana müşahidəçi göndərməmək barədə qərar qəbul etmişdi. Bu gün isə Avropa Parlamenti həmin qərarın əksinə yeni qərar qəbul edib. AP-dan həmçinin o da bildirilmişdi ki, Azərbaycan hökuməti seçkiləri müşahidə etmələri üçün bu quruma rəsmi dəvət göndərməlidir.


Anar
AzNews.az