Ali Məhkəmə Əhməd Orucu haqlı saydı

Apelyasiya Məhkəməsi işə baxarkən bir neçə nüansı nəzərə almayıb


Azadlıq Partiyasının sədri Əhməd Oruc Hafta.az-a açqılamasında Mərkəzi Seçki Komissiyasının qərarından verilən məhkəmə şikayəti haqda məlumat verib. O bildirib ki, Bakı Apelyasiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb: "Biz də Apleyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etdik. Ali Məhkəmə bizim tələbimizi qəbul edərək Apelyasiya Məhkəməsinin qərarını ləğv etdi. İşi yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərdi. Apelyasiya Məhkəməsi də imzaları yenidən ekspertizaya göndərdi. Sabah saat 3-də növbəti məhkəmə prosesi olacaq".

Ə.Oruc Ali Məhkəmənin qərarında göstərilən müddəaları açıqlayıb: "Ali Məhkəmədən bildirildi ki, Apelyasiya Məhkəməsi işə baxarkən bir neçə nüansı nəzərə almayıb. Seçki qanunun tələblərinə əməl olunmayıb, bizim iştirakımıza imkan verilməyib və imzalar yoxlanılarkən heç bir əsas göstərilmədən, ehtimala görə qərar verilib".