- Köhnə - Siyasət
- 27 İyul 2012 10:22
- 4 713
Azərbaycan Tanzaniyaya nota verdi

Notada Dağlıq Qarabağ ilə bağlı viza məsələsinin tezliklə həlli tələb olunur
Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya Xarici İşlər Nazirliyinə nota verib. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. AzNews.az-ın məlumatına görə, notada nazirliyin rəsmi saytında Dağlıq Qarabağ ilə bağlı məsələnin tezliklə həlli tələb olunur. Notanı Tanzaniya XİN-ə Azərbaycanım Misirdəki səfirliyi göndərib. Hələlik notaya cavab gəlməyib. Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Tanzaniya XİN öz rəsmi saytında səfər etmək üçün viza tələb olunan ölkələrin siyahısına qondarma "Dağlıq Qarabağ Respublikası"nın da adını daxil edib.Notada Dağlıq Qarabağ ilə bağlı viza məsələsinin tezliklə həlli tələb olunur
AzNews.az