“Dediklərimin tam əksinin yazılmasına görə söz tapa bilmirəm” “Dediklərimin tam əksinin yazılmasına görə söz tapa bilmirəm”

ATƏT-in müşahidə missiyasının rəhbəri açıqlama yaydı

“Dediklərimin tam əksinin yazılmasına görə söz tapa bilmirəm”




ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərini müşahidə missiyasının rəhbəri, xanım Doris Barnett "Azadlıq" qəzetinin internet səhifəsində onun adından səsləndirilmiş fikirlərə münasibət bildirib.


Səfirlikdən daxil olan açıqlamada bildirilir ki, ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Doris Barnett "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" başlıqlı məqalədə onun adından səsləndirilmiş fikirlərə münasibət bildirib.

"18 oktyabr 2013-cü il tarixində "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" başlıqlı məqalə yer almışdır. Məqalədə Almaniyada yaşayan bir qrup azərbaycanlının (təxminən 20 nəfər) Alman Bundestaqının deputatı xanım Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərərgahı qarşısında keçirdiyi etiraz aksiyası barədə məlumat verilir. Etiraz aksiyasının ATƏT Parlament Assambleyasının Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D. Barnett tərəfindən seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verilmiş bəyanatlarla əlaqədar keçirildiyi bildirilir və məqalədə etirazçılarla görüşmüş xanım D.Barnettin adından onun 9 oktyabr seçkiləri barədə söylədiyi fikirlərin guya təhrif olunaraq təqdim olunması haqqında sitatlar verilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilmiş və onun məsələyə münasibəti öyrənilmişdir. Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirmişdir: "Faktların saxtlaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam".

AzNews.az