Cəmil Həsənli Ali Məhkəməyə şikayət edəcək

Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli mətbuat konfransı keçirib.

AzNews.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini tənqid edən C. Həsənli deyib ki, seçki prosesi zamanı müşahidə etdikləri qanun pozuntuları ilə bağlı Ali Məhkəməyə kasasiya şikayəti ediləcək. O, şikayətin qeyd olunan məhkəmə instansiyasına bu gün təqdim ediləcəyini də söyləyib.

C. Həsənli qeyd edib ki, bir neçə gün əvvəl döndüyü Avropa səfərlərindən də danışıb. O bildirib ki, səfəri zamanı Avropa Birliyində, Avropa Parlamentində və Avropa Şurasında bir sıra görüşlər keçirib.

C. Həsənli əlavə edib ki, görüşlərdə əsas müzakirə mövzusu Azərbaycan prezidentliyinə keçirilən seçkilər olub.

Ramil
AzNews.az