Nicat Quliyev İbrahimbəyova qarşı ifadə verməyib- Vəkil

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov "Turan"a müsahibəsində Azərbaycana qayıdacağı vaxtla bağlı suala cavabında bunun sabiq xarici iqtisadiyyat naziri Nicat Quliyevə qarşı cinayət işindən asılı olacağını bildirib.

R.İbrahimbəyovun sözlərinə görə, onun ölkədən çıxış hüququnu məhdudlaşdırmaq üçün bu işdən istifadə ediləcəyi haqqında məlumatı var: "Belə ki, istintaqda ondan mənim əleyhimə ifadələr alıblar".

Lakin daha sonra R.İbrahimbəyov son fikrinin media orqanı tərəfindən doğru işıqlandırılmadığı, N.Quliyevin onun əleyhinə ifadə vermədiyi, ancaq bu ifadəni ondan almağa çalışdıqlarına dair açıqlama yayıb.

N.Quliyevin vəkili Elton Quliyev AzNews.az-a açıqlamasında Nicat Quliyevin ifadə vermədiyini bildirib: "İstintaq başlanandan indiyə qədər Nicat Quliyev ümumiyyətlə, ifadə verməyib. Heç nə və heç kim barədə".

Elnarə
AzNews.az