O, bu qərarını baş nazirlə məsləhətləşdikdən sonra verib O, bu qərarını baş nazirlə məsləhətləşdikdən sonra verib

Əhməd Davudoğlu Ermənistana səfər edəcək

O, bu qərarını baş nazirlə məsləhətləşdikdən sonra verib




Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib.

Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.

Xatırladaq ki, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan XİN rəhbərləri Əhməd Davudoğlu və Elmar Məmmədyarov QTİƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin İrəvanda keçiriləcək görüşünə dəvət olunublar.


AzNews.az