Spiker Türkiyə-Ermənistan münasibətlərindən danışdı


Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan səfəri zamanı səsləndirdiyi fikirə münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, O. Əsədov deputat Zahid Orucun adıçəkilən məsələ ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirərkən deyib ki, Türkiyənin Ermənistanla bağlı mövqeyində narahatlığa əsas yoxdur:

"Ara sözlərə fikir verib hər dəfə bu məsələni qaldırmağa ehtiyac yoxdur. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə sizin qarşısınızda çıxış edərək bəyan etdi ki, nə qədər Qarabağ problemi həll olunmayıb Ermənistanla əlaqələr qurulmayacaq. Ona görə də, bu məsələ ilə bağlı Türkiyə hansı aydınlığı gətirməlidir? Artıq bu məsələ ilə bağlı dəfələrlə açıqlama verilib və bunu yenidən gündəmə gətirlməsinə ehtiyac yoxdur".

AzNews.az