Milli Şuranın Sədr Aparatında gənclərə üstünlük veriləcək


"Milli Şuranın Sədr Aparatının formalaşdırılmasında gənclərə üstünlük verilməsini daha düzgün hesab edirəm".


Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü Vidadi Mirkamal deyib. O bildirib ki, bu gənclər prezident seçkiləri dövründə də öz fəallıqları ilə fərqləniblər.

Sədr Aparatının formalaşdırılmasında Milli Şura sədrinin müstəsna səlahiyyətlərinin olduğunu da söyləyən V. Mirkamal qeyd edib ki, bu aparatın keyfiyyətli iş əmsalı gələcək fəaliyyəti dövründə məlum olacaq.

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurasının Sədr Aparatına Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli ( hər ikisi "Nida" hərəkatı), Şahvələd Çobanoğlu (publisist), Yeganə Hacıyeva (Müsavat başqanının keçmiş müşaviri) daxil olublar.

AzNews.az