- Köhnə - Siyasət
- 8 Fevral 2014 11:30
- 5 630
İbrahimbəyov Milli Şuranın marafonuna qatılmadı

"Milli Şuranın keçirdiyi marafonun ilk günü 1915 manat, ondan sonrakı günlərdə isə 170 manat yığılıb".
Bunu AzNews.az-a tanınmış jurnalist, Milli Şuranın üzvü Şahvələd Çobanolğu bildirib. Onun sözlərinə görə, yığılan maliyyə vəsaiti cərimələnənlər arasında bərabər şəkildə bölünəcək:
"Marafonda ictimaiyyət adamları, Milli Şura üzvləri iştirak edib. Bu pullar partiya mənsubiyyətindən asılı olmayaraq, bərabər faizlə bütün cərimələnənlər arasında bölünəcək. Ümumi cərimələrin miqdarı 6 min manata yaxındır. Amma biz marafonda bu qədər vəsait yığa bilmədik. Yığılan vəsaiti tezliklə ünvanına çatdıracağıq ki, cərimələr hissə-hissə də olsa ödənilsin".
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun marafonda iştirakına gəlincə, Ş,Çobanoğlu "Yox, Rüstəm İbrahimbəyov marafonda iştirak etməyib. Pul göndərməyib" cavabını verib.
Xatırladaq ki, bu marafon fevralın 4-də keçirilən aksiyada cərimələnənlər üçün keçirilib.
Bahar Rüstəmli
AzNews.az