Mirzə Xəzər Cəmil Həsənlini təkzib etdi - Açıqlama

"Mən Milli Şuraya üzv olmaq üçün müraciət etməmişəm".


Bunu AzNews.az-a açıqlamasında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzər bildirib.

Onun sözlərinə görə, Milli Şuraya üzv olmaq üçün sözügedən qurumdan ona dəvət gəlib:

"Məni Milli Şuraya üzv olmağa dəvət ediblər. Lakin hələ qərar verməmişəm. Cəmil müəllimə yazmışam ki, mənim vaxta ehtiyacım var, bir qərara gələn kimi dəvətə cavab verərəm".

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənli dünən AzNews.az-a açıqlamasında Mirzə Xəzərin Milli Şuraya üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etdiyini demişdi. Əlavə etmişdi ki, bu müraciətə yaxın vaxtlarda baxılacaq: "Biz növbəti sessiyaların birində Mirzə Xəzər də daxil olmaqla quruma üzv olmaq üçün müraciət edən bütün ərizələrə baxacağıq".

Bahar Rüstəmli
AzNews.az