- Köhnə - Siyasət
- 21 Fevral 2014 13:30
- 4 736
Ümid həbs olunanlarla bağlı bəyənat yaydı

Bəyənatda bildirilir ki, fevralın 21-də Güney Azərbaycanın Əhər səhərində Beynəlxalq Ana dili günü münasibətilə soydaşlarımızın təskil etdiyi tədbirə İran təhlükəsizlik qüvvələri basqın edərək, 100-dən artıq milli mədəni fəal həbs edilib.
Həbs edilənlərin 54 nəfərinin adları məlumdur. Onların arasında Abbas Leysanlı, İbrahim Rəşidi, Fərdin Muradpur , Həsən Zarəi və Saleh Molla Abbasi kimi dəfələrlə milli haqları müdafiə etdiyinə görə basqılara məruz qalan fəallar da var.
Nəzərə alsaq ki, yeni prezident Həsən Ruhani seçiləcəyi təqdirdə ölkədə fars dilində danışmayan xalqların haqlarını tanıyacağına dair vəd versə də, bu vədlər hələ də reallaşmayıb.
Ümid Partiyası İranda yaşayan 30 milyondan artıq Azərbaycan türkünün ana dilində təhsil haqqına sahib olmadığı bir şəraitdə soydaşlarımıza qarşı bu hərəkəti kəskin səkildə pisləyir və onların təcili azad olunmasını tələb edir, beynəlxalq təşkilatları isə Iranda yaşayan 30 milyondan artıq soydaşımızın bu ibtidai haqqına çatmaları üçün ciddi addımlar atmağa çağırırıq.
AzNews.az