- Siyasi müzakirə
- 12:32
- 3 602
Deputatdan Əli Kərimliyə sərt cavab: Ayıb olsun deməyə də adamın dili gəlmir!

"ABŞ Prezidenti Donald Trampın də dəfələrlə qeyd etdiyi kimi "fake news"in qaynaqlarından və "qaymaq"larından biri olan "The New York Times" a veridyi açıqlamada həmən nəşrdən saxtakarlıq baxımından heç də fərqlənməyən Əli Kərimli sərnişin təyyarəmizin vurulduğu vaxtdan üzü bəri dövlətimizin Rusiyanın imperiya sindromundan qurtula bilməyən şovinist çevrələrinə yanaşmada yeritdiyi siyasəti, həmən ölkənin güc strukturlarının Yekaterinburuqda soydaşlarımızla vəhçicəsinə davaranışlarını cavabsız qoymamasını bilirsiniz necə qiymətləndirir? Yəqin onu yaxşı tanıyanlar belə inanmaq istəmyəcəklər, amma Kərimli deyir ki, cənab İlham Əliyev "Azərbaycandakı mütləq hakimiyyətini hətta Putinlə də paylaşmaq istəmir" və iki ölkə arasında ziddiyyətlərin də kökündə məhz bu durur".
Bu açıqlamanı AzNews.az-a millət vəkili Sahib Alıyev verib. O, deyib:
"Ölkəmizdə həm də USAİD muzdlularının "öndəri" sayılan AXCP “lideri” həmən qurumun uzun müddət yemlədiyi "The New York Times" qarışıq digər əcnəbi qəzet və saytlara verdiyi intervülərdə də təqribən eyni “narrativ”ləri yayır. Və beləliklə də Kremldəkilərə baş verənləri öz maraqlarına uyğun şəkildə təqdim etmək üçün pas ötürür. Demək, onun məntiqindən çıxış edilərsə, torpaqlarımızın işğaldan qurtarılmasına, üzərində dövlət suverenliyimizin tam təmininə də ona görə gedilib ki, Müzəffər Ali Baş Komandanımız “mütləq hakimiyyətini Putin və Paşinyanla paylaşmaq istəməyib”.
Əli Kərimlinin hərəkətinin adının nə olduğunu hər kəs yaxşı bildiyindən yazmağa ehtiyac duymuram. Sadəcə onu deyim ki, həmişə cılız şəxsi maraqlarından çxış edən bu dəllal sözü gedən açıqlamasıyla siyasi və mənəvi baxımdan daha ititrəcəyi heç nə qalmadığını özünün də çox yaxşı anladığını ortaya qoyur. Əks təqdirdə o, tək Azərbaycanda deyil, mediada, sosial şəbəkədəki reaksiyalardan da aydın göründüyü kimi bütün türk dünyasında, digər ölkələrdə, hətta Ermənistanda belə rəsmi Bakının milli maraq və ləyaqətinin qətiyyətlə qorunması kimi qiymətləndirilən addımlarını bu cür şərh etməzdi. Ayıb olsun deməyə də adamın dili gəlmir. Çünki AXCP “lider”ində xəclət hissi çoxdan, onu dövlət katibi təyin edən liderinə, rəhmətlik Elçibəyə qarşı rəzilcəsinə çirkab dolu kampaniyaya başladığı gündən yoxdur"!
AzNews.az