Milli Şuraya yeni üzvlər niyə qəbul edilmədi? - Açıqlama


Milli Şuranın son sessiyasında qurumun üzvlüyünə qəbul məsələsinin müzakirəsi təxirə salınıb. AzNews.az-ın məlumatına görə, sessiyada bununla bağlı heç bir səbəb də göstərilməyib. Milli Şura üzvü Namizəd Səfərov AzNews.az-a açıqlamasında isə bu məsələyə aydınlıq gətirməyə çalışıb. O deyib ki, Milli Şuraya üzv olmaqla əlaqədar müraciətlərə növbəti sessiyada baxılacaq: "Müraciət edənlərin adlarını açıqlamasaq da onların sayı çoxdur. Sonuncu sessiyada üzvlərin qəbulu məsələsinə baxılmamasına səbəb isə ölkədə və dünyada ictimai-siyasi vəziyyət və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirəsi vacib olan amillərin gündəmdə olması idi".

Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyasi martın 29-da keçirilib. Sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti və cari məsələlər daxil edilib.

Bahar Rüstəmli
AzNews.az