Müsavat Sərdar Cəlaloğlunun təklifini rədd etdi - Açıqlama

"Sərdar Cəlaloğlunun ürəyinin geniş olduğunu bilirəm. Həm də onun nəzərinə çatdırıram ki, Müsavat Partiyasının qurultay keçirmək üçün müraciət edəcəyi ünvan Azərbaycan Demokrat Partiyası deyil".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü İkram İsrafil deyib. O bildirib ki, Müsavat Partiyası qurultayla bağlı müraciət etdiyi ünvandan müsbət cavab alacağına ümid edir: "Müsavat Partiyası qurultayla bağlı müraciət edəcəyi ünvandan müsbət cavab gözləyir. Biz bu təklifinə görə, Sərdar Cəlaloğluna ancaq təşəkkür edə bilərik".

Qeyd edək ki, Müsavatın bu müddət ərzində qurultay keçirməməsini tənqid edən Sərdar Cəlaloğlu ADP-nin iclas zalını həmin partiya verməyə hazır olduğunu söyləyib.

Bahar Rüstəmli
AzNews.az