Deputat hüquq müdafiəçilərini ittiham etdi: “Onlar xaricilərlə əlaqəlidir”

"Azərbaycanda bəzi hüqüq müdafiəçiləri xarici ölkələrin səfirlikləri ilə əlaqəlidirlər".

Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, özünü insan hüquqlarının müdafiəçisi kimi elan edənlərin böyük bir qisminin xaricdən müəyyən dairələrlə bağlılıqları var: "Onların bəzilərinin xarici səfirliklərlə əməkdaşlığı da göz qarşısındadır. Heç təsadüfi deyil ki, özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusa iki saat ərzində Fransa səfirliyi tərəfindən viza verilir, hətta diplomatlar tərəfindən hava limanına qədər ötürülür".

A.Mirzəzadə qeyd edib ki, bəzi səfirliklərin L. Yunusa qarşı bu cür diqqət göstərməsi, onun müstəqil olmamasından və müəyyən xarici dairələrlə bağlılığından xəbər verir.

Amid
AzNews.az