Sabir Rüstəmxanlı baş redaktoru VHP-dəki postundan uzaqlaşdırdı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Siyasi Şura üzvü Nəsimi Şərəfxanlını üzvlükdən xaric edib.

Modern.az-ın məlumatına görə, xaric edilmənin ehtimal olunan səbəbi N. Şərəfxanlının qəzetçilik fəaliyyətidir. Belə ki, keçmiş Siyasi Şura üzvü "Yeni Cümhuriyyət" qəzetinin baş redaktorudur.

VHP-dəki mənbələr N.Şərəfxanlının qəzetçilik fəaliyyəti ilə partiya prinsiplərinin üst-üstə düşmədiyini vurğulayırlar.