- Köhnə - Siyasət
- 11 Sentyabr 2014 17:55
- 2 520
İlham Əliyev prezidentlərə başsağlığı verdi

AzNews.az-ın məlumatına görə, dövlət başçısı Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə və Hindistan prezidenti Pranab Mukherciyə məktub göndərib. O, məktubunda hər iki ölkədə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirərək həmkarlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına, Pakistan və Hindistan xalqlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
AzNews.az