Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib. Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.

Prezident Türkmənistan Baş nazirinin müavini ilə görüşdü

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.



AzNews.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından əhəmiyyəti vurğulanıb.

Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın rolu xüsusi qeyd edilib.
Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırılıb, bu sahədə səylərin gücləndirilməsinin önəmi vurğulanıb.