- Köhnə - Siyasət
- 16 Oktyabr 2014 15:05
- 4 738
“Yaqub Mahmudovun dedikləri Milli Məclisə çıxarılmalıdır” – Tarixçi alim
Tarixçı alım, millət vəkili Fəzail İbrahimli Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi ilə bağlı aşkar etdiyi yeni sənəd və faktlara münasibət bildirib.
AzNews.az-a açıqlama verən millət vəkili deyib ki, sivil qaydaları pozan Ermənistanla hüquqi normalara əsasən davranılmalıdır:
"Azərbaycan parlamenti Milli Şuranın 1918-ci il 29 may tarixində çıxardığı qərarı gündəliyə çıxarmalıdır. Bu qərar birtərəfli qaydada ləğv olunmalıdır. Səbəb kimi ermənilərin öz öhdəliklərini yerinə yetirməməsi göstərilməlidir. Bildiyimiz kimi ermənilər bu razılaşmanı pozaraq Azərbaycanın tarixi torpaqlarına iddia qaldırıb və bu günə kimi Azərbaycan torpaqlarını işğal altında saxlayır".
Qeyd edək ki, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vurğulayıb ki, tapılan yeni sənəd və faktlar erməni tərəfinin Batumi danışıqları və müqavilələrinə (11 may – 04 iyun 1918-ci il) əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi haqdadır.
Yaqub Mahmudov əlavə edib ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər.
Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batumi müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib.
Xəyal Əzizov