Xəzər Teyyublu: “Mirmahmud Mirəlioğluna qarşı fraksiya ola bilməz. Deyilənlər yanlışdır” Xəzər Teyyublu: “Mirmahmud Mirəlioğluna qarşı fraksiya ola bilməz. Deyilənlər yanlışdır”

Müavindən fraksiyaçılara cavab gəldi

Xəzər Teyyublu: “Mirmahmud Mirəlioğluna qarşı fraksiya ola bilməz. Deyilənlər yanlışdır”



Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) "Demokratik Birlik" fraksiyası təsis edilib. Qurum KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu, seçki məsələləri üzrə müavin Ədalət Yusubov, əlaqələr üzrə müavin Fikrət Cəfərov, beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev, gənclər üzrə müavin Rüfət Sahiboğlu, partiyanın İdarə Heyətinin üzvü Rafiq Abdulla tərəfindən təsis olunub.

Fraksiyanın yaradılmasına səbəb partiyanın mövcud siyasi xəttinə etirazla bağlıdır. Fraksiyanın tələb və təklifləri yaxın vaxtlarda partiyanın sədrinə təqdim ediləcək.

Məsələ ilə bağlı partiya sədrinə yaxın olan müavin Xəzər Teyyublu ilə əlaqə saxladıq. O, AzNews.az-a deyib ki, KAXCP-də fraksiya yoxdur: "Mirmahmud Mirəlioğluna qarşı fraksiya ola bilməz. Deyilənlər yanlışdır".

Partiya funksioneri əlavə edib ki, partiya sədrinin müavini təşkilatda yalnız icra işləri ilə məşğul olmalıdır: "Fraksiya yaradıb, qeyri-müəyyən fəaliyyətlə məşğul olmaq düzgün deyil. Bu məsələdə təşəbbüskarlardan bir Qaya Əliyevdir. O da partiyadan xaric edilib".

İlkin
AzNews.az