“Mənə göstərilən etimada görə, Türk Şurasına və burada təmsil olunan ölkələrin nümayəndələrinə təşəkkür edirəm”. “Mənə göstərilən etimada görə, Türk Şurasına və burada təmsil olunan ölkələrin nümayəndələrinə təşəkkür edirəm”.

Türk Şurası Ukraynadan İlham Əliyevə məktub göndərdi

“Mənə göstərilən etimada görə, Türk Şurasına və burada təmsil olunan ölkələrin nümayəndələrinə təşəkkür edirəm”.


AzNews.az-ın Ukraynaya ezam olunmuş əməkdaşnın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Kiyev Diaspora Regional Mərkəzinin təsis toplantısında Qurumun İcra Şurasının katibi seçilən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.



H. Cavadov qeyd edib ki, bütün türklər birləşərək, dünyaya sülh və barış gətirməlidirlər.

O, iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmasını da təklif edib: "Birinci ona görə ki, bu gün Azərbaycan prezidentinin ad günüdür. Bu münasibətlə onu təbrik edir, can sağlığı və uğurlarının davamlı olmasını arzulayıram. Hesab edirəm ki, bu gün İlham Əliyevə belə bir məktubun ünvünlanması həm də ona görə zəruridir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılamsı üçün o, böyük işlər görüb".

H.Cavadov çıxışında həmçinin Ukraynadakı siyasi durum, diaspor təşkilatlarının ölkədəki proseslərdə iştirakından da söz açıb: "Bu ölkdə fəaliyyət göstərən bütün diaspor təşkilatları Ukrayna xalqının yanındadır. İndi Ukrayna çətin durumdadır. Belə vəziyyətdə biz Ukraynanın problemlərinə biganə qala bilmərik. Biz həmişə Ukraynanın yanıda olmuşuq, bundan sonra da olacağıq".

H.Cavadovun çıxışından sonra onun İlham Əliyevə təbrik məktubunun göndərilməsi təklifi səsə qoyularaq qəbul edilib.