“The Jerusalem Post”: “İran müharibəsində Azərbaycanın 4 aeroportundan isitfadə ediləcək“

İsrailin "The Jerusalem Post" qəzeti İranla gözlənilən müharibədə istifadə olunması nəzərdə tutulan Azərbaycan aeroportları barədə məlumat yayıb.

"Reuters" agentliyinə istinadən yayılan məlumatda Azərbaycanda ABŞ və İsrailin heç bir bazasının olmadığı vurğulanır.

Eyni zamanda qeyd olunur ki, İrana qarşı müharibədə 4 aeroportdan istifadə edilməsi mümkündür. "Bu aeroportlar Kürdəmir, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Gəncə və Qaladadır" deyə qəzet vurğulayıb.

Qəzetin yazdığına görə, İsrail bu aeroportlardan istifadə icazəsi almağa çalışır. Eyni zamanda Pentaqonun da bu hava limanlarını modernləşdirmək təklifi ilə çıxış etdiyi bildirilir.

Alpər
AzNews.az