- Köhnə - Siyasət
- 4 Oktyabr 2012 09:08
- 2 789
Sabiq baş həkimə 4 il cəza verildi

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Salamov Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginazlarla - cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilb.
AzNews.az