- Köhnə - Siyasət
- 4 Oktyabr 2012 09:14
- 7 635
Elşad Abdullayevin yeni videomüsahibəsi yayıldı - VİDEO

"Mən deputat seçilmişdim və MSK da bunu elan etmişdi. Sadəcə, buna imkan vermədilər. Deputat olacağım halda adam oğurluğu ilə bağlı mütəşəkkil cinayətkar dəstəni ifşa etmək imkanım yaranacaq idi. İndi bu məsələyə görə dələduzluq maddəsi ilə cinayət işi açılması düzgün deyil. Burda söhbət adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin ifşa olunmasından gedir.
Mənim qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-dən oğurlanıb, onun axtarışlarını davam etdirən kiçik qardaşım Eldəniz Abdullayev zəhərlənib, hazırda o, danışa bilmir. Yəni, demək istəyirəm ki, bu, dələduzluq məsələsi deyil, daha ciddi cinayətdir".
AzNews.az