“Əli Kərimli siyasətdə olduğu müddətcə mən ona qarşı mübarizə aparacağam”. “Əli Kərimli siyasətdə olduğu müddətcə mən ona qarşı mübarizə aparacağam”.

“Əli Kərimli bunun bədəlini ödəyəcək” – Razi Nurullayev

“Əli Kərimli siyasətdə olduğu müddətcə mən ona qarşı mübarizə aparacağam”.



AZNEWS.AZ xəbər verir ki, bu sözləri Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Əli Kərimli bu partiyada qaldığı müddətdə AXCP-də inkişafdan söhbət gedə bilməz: "Əli bəy mənə ingilis, fransız dillərindən tərcümə edən tərcüməçi kimi yanaşıb. O, bunun bədəlini ödəyəcək. Ya düzgün yola gəlib, siyasətdən gedəcək, ya da mən ona qarşı mübarizə aparacağam. O, həmişə müxalifətdə birinci olmaq üçün mübarizə aparıb".

Razi Nurullayev Əli Kərimlinin məşəqqətlər yaşadığının həqiqət olduğunu bildirib: "Amma məşəqqətlər yaşamaq kiməsə birinci olmaq ixtiyarı verirsə, onda gərək, Lamiyə Quliyeva birinci olsun, çünki ən çox məşəqqətlər çəkən şəxs odur".

R.Nurullayev sonda vurğulayıb ki, Əli Kərimli ona açıq söz deyən şəxsi xoşlamır.

Nigar
AzNews.az