Hafiz Hacıyev: “Biz şou ilə məşğuluq”

“Siyasətin özü elə şou deməkdir”



Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı pulika.az saytına müsahibəsində Elçibəyin zəhərlənməsi ilə bağlı deyib ki, tarix bu cür faktlarla zəngindir: "Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi versiyanı istisna etmirəm. Məsələ ondadır ki, bu gün müxalifətin o qanadında iki az-çox tanınan sima var. Biri İsa Qəmbər, digəri Əli Kərimlidir. Mən İsa Qəmbəri Əli Kərmlidən üstün tuturam. İsa Qəmbər daha ağıllı, təcrübəli və məşhurdur. Amma onu da güclü siyasətçi kimi qəbul etmirəm. Müqayisədə o, Əli Kərimlidən güclüdür. Əgər siyasi kampaniya olsaydı, bu versiyaları İsa Qəmbərə yönəldərdilər".

F.Ağamalı bu məsələni gündəmə gətirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi şoumen adlandırıb: "Hafiz Hacıyev yaxşı siyasətçi olmasaydı, bu gün belə parlamazdı. Deməli, qabiliyyəti var. Siyasət həm də şoumenliyi sevir. Hacıyevin şoumenliyi də var.

Fəzail Ağamalıya cavab olaraq Hafiz Hacıyev AzNews.az-a deyib ki, Fəzail Ağamalının sözləri ilə razılaşır: "Siyasət şou deməkdir. Biz də şou ilə məşğuluq. Şoumemliyi sevən insanlardanam. Fəzail bəyin fikirləri ilə razılaşıram, Elçibəyi Kərimov Əli zəhərləyib. Bunu da Hafiz Hacıyev gündəmə gətirib. Hərə bir söz deyir mənim ünvanıma. Bütün bunları onların öz vicdanına buraxıram. Yaxın zamanlarda Kərimov Əli həbs ediləndə hər şeyin düzgün olduğunu görəcəklər. Artıq, işlər yekunlaşmaq üzrədir".

İlkin Piralı
AzNews.az