Neft istismarı zəlzələ yaradır- ŞOK!

Neft və qaz yataqlarının istismarı zəlzələ təhlükəsi törədir. Lakin bu təhlükə çox azdır. Bunu Bakıda seysmoloji xidmətin 110 illiyi münasibəti ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçısı Missuri universitetinin professoru Erik Sambol bildirib.

Onun sözlərinə görə, yataqda neft çıxarıldıqdan sonra nasosla su vurulması cüzi zəlzələ yaradır: "Ancaq bu zəlzələ çox hiss olunmur və böyük zəlzələlər gətirmir. Belə zəlzələlər 3 və daha aşağı bal gücündə olur".

Elnarə Əlosmanqızı
AzNews.az