“Müsavat başqanının müavini Tofiq Yaqublunun cəzasının qalan hissəsinin bağışlanması ilə bağlı məsələnin hər hansı dövlət qurumunda müzakirəyə çıxarılıb-çıxarılmamasından məlumatsızam”. “Müsavat başqanının müavini Tofiq Yaqublunun cəzasının qalan hissəsinin bağışlanması ilə bağlı məsələnin hər hansı dövlət qurumunda müzakirəyə çıxarılıb-çıxarılmamasından məlumatsızam”.

Zəlimxan Yaqubdan Tofiq Yaqublu açıqlaması: “Əfvlə bağlı iclas gözlənilmir”

“Müsavat başqanının müavini Tofiq Yaqublunun cəzasının qalan hissəsinin bağışlanması ilə bağlı məsələnin hər hansı dövlət qurumunda müzakirəyə çıxarılıb-çıxarılmamasından məlumatsızam”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun fikrincə, Əfv Komissiyasında müzakirə olunan məsələ bir qayda olaraq, son günə kimi qapalı saxlanılır və bu da başa düşüləndir: "Siyasi partiyalılığından və mənsubiyyətindən asılı olmayaraq vətəndaş, əgər cəzaçəkmə müəssisəsində həbsdədirsə, əfvlə bağlı onun özü, ailəsi, ya da onu müdafiə edən şəxslər dövlət orqanlarına müraciətlər etməlidir. Rəsmi qayda belədir. Mediadan aldığımız məlumata əsasən ən azı 5 təşkilat Tofiq Yaqublunun ailə faciəsinin və kədərinin azaldılması üçün onun cəzasının yerdə qalan hissəsinin bağışlanmağını təklif edib. Biz də dövlətimizin bu günə kimi yürütdüyü siyasətini və onun humanist xarakterini nəzərə alaraq, ümid edirik ki, Tofiq Yaqublu əfv olunacaq".

Vəkil Nemət Kərimli da Tofiq Yaqublunun mayın 1-də həbsxanaya dönməyəcəyinə ümid edir: "Tofiq bəy mayın 1-də həbsxanaya qayıtmalıdır. Biz də ümidvarıq ki, o, əfv olunacaq və bir daha həbsxanaya qayıtmayacaq".


Əfv Komissiyasının üzvü Zəlimxan Yaqublunun sözlərinə görə, T.Yaqublu ilə bağlı sözügedən qurumda müzakirə aparılmayıb: "Mayın 1-nə qədər heç b ir iclas gözlənilmir. Amma ondan sonra Əfv Komissiyasının yenidən iclası keçiriləcək. Bu 10 may, ya da 28 mayla əlaqədar ola bilər. Ondan əvvəl belə bir toplantının olması gözlənilimir".



Xatırladaq ki, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun faciəsi ilə bağlı 7 günlüyə cəzaçəkmə müəssisəsindən azad olunub. O, mayın 1-də yenidən cəzaçəkmə müəssisəsinə qayıtmalıdır.

Lalə
AzNews.az