- Köhnə - Siyasət
- 1 May 2015 14:55
- 3 716
Avropa İttifaqı qondarma “parlament seçkiləri”ni tanımadı
Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma "parlament seçkiləri" ilə bağlı bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: "Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək".