Türkiyə parlamenti ölkə xarici əmillyatlara imkan verən qanunu genişləndirdi Türkiyə parlamenti ölkə xarici əmillyatlara imkan verən qanunu genişləndirdi

Türkiyə İraq əməliyyatlarının vaxtını uzatdı

Türkiyə parlamenti ölkə xarici əmillyatlara imkan verən qanunu genişləndirdi



Türkiyə parlamenti İraqın şimalında əməliyyatların keçirilməsinə imkan verən qanun layihəsinin vaxtını uzadıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, türk ordusu daha bir il İraqın şimalında anti-terror əməliyyatları keçirə biləcək.

Türkiyə mətbuatının yazdığına görə, yeni dəyişikliyə görə, əməliyyatlar 17 oktyabr 2013-cü ilə qədər keçirilə bilər. İraq hökuməti isə gözlənildiyi kimi bu qanun layihəsindən narazı qalıb.

İraq Baş nazirinin sözçüsü Əli əl-Moussavi bildirib ki, Türkiyənin qonşu ölkələrə birbaşa hərbi müdaxiləsi ərazi bütövlüyü pozuntusudur. O, həmçinin əlavə edib: "Türkiyə parlamenti ölkə daxilində baş verən hadisələrlə bağlı qərarlar qəbul etməlidir. Ancaq onlar suveren qonşu ölkələrlə bağlı qərarlar qəbul edirlər".

Sadiq Musa
AzNews.az