"Bu, anti-Azərbaycan qüvvələrinin yaydığı yalan bəyanatlardır" "Bu, anti-Azərbaycan qüvvələrinin yaydığı yalan bəyanatlardır"

Əli Həsənov Azərbaycanın PKK-ya yardım xəbərindən danışdı - EKSKLÜZİV

"Bu, anti-Azərbaycan qüvvələrinin yaydığı yalan bəyanatlardır"



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə Türkiyə mediasında Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım edən ölkələr sırasında guya Azərbaycanın da olması məsələsinə münasibət bildirib.

Şöbə müdiri Ə.Həsənov AzNews.az-a açıqlamasında deyib ki, Azərbaycan PKK-ya qarşı mübarizədə daim Türkiyənin yanında olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq bəyanat da qəbul edilib və parlament buna qiymət verib: "Əlbəttə bu, anti-Azərbaycan qüvvələrinin bilavasitə yaydığı yalan bəyanatlardır. Hamı yaxşı bilir ki, Türkiyə və Azərbaycan kimi qardaş ölkələri bir-birinə qarşı çevirməyə çalışan qüvvələr mövcuddur.

Bu qüvvələr isə Türkiyədə fəaliyyət göstərən erməni lobbisindən qaynaqlanır. Bildiyiniz kimi, türk adı ilə fəaliyyət göstərən kifayət qədər erməni lobbi təşkilatları var. Bu cür məlumatlar da məhz həmin təşkilatların fantaziyasının məhsuludur və məqsədyönlü şəkildə ortaya atılıb".

Ə.Həsənov həmçinin qeyd edib ki, bu cür məlumatların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində gündəmə gətirilməsi də müəyyən məqsədlər daşıyır: "Amma bu kimi məlumatların yayılması Türkiyə-Azərbaycan dostluğuna xələl gətirə bilməz. Bu cür informasiyalar tamamilə yalandır və Azərbaycan hakimiyyəti də bu məlumatları təkzib edir".

Vasif Həsənli
AzNews.az