- Köhnə - Siyasət
- 29 May 2015 12:15
- 2 701
Son iclas başladı – Milli Məclisdə
Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilir.
AzNews.az xəbər verir ki, iclasın gündəliyinə "Pasportlar haqqında", "Mühasibat uçotu haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara, Miqrasiya Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və s. məsələlər daxildir.