Rusiya vizasız rejimə hazırdır

Brüsseldə səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov maraqlı bəyanatla çıxış edib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Lavrov bildirib ki, onun ölkəsi Avropa Birliyi ilə vizasız rejimə keçməyə hazırdır.

Rusiyalı XİN rəhbəri vizasız rejimə keçidin mərhələli şəkildə olmalı olduğunu deyib və əlavə edib ki, bu, ilkin olaraq diplomatik pasporta malik olan şəxslərə tətbiq oluna bilər. Lavrov hesab edib ki, məsələ tezliklə müsbət həllini tapacaq.

Qeyd edək ki, Brüssel səfərində Rusiya XİN rəhbəri Avropa Birliyinin Xarici Məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştonla da görüşüb. Tərəflər Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Sadiq Musa
AzNews.az