Xəbər verildiyi kimi, dünən Milli Məclisin bir qrup deputatı ölkədə siyasi məhbusların olmadığını bildirən bəyanat yayıb. Xəbər verildiyi kimi, dünən Milli Məclisin bir qrup deputatı ölkədə siyasi məhbusların olmadığını bildirən bəyanat yayıb.

"Bunu heç gözləməzdim" – İlhamiyyə Rza

Xəbər verildiyi kimi, dünən Milli Məclisin bir qrup deputatı ölkədə siyasi məhbusların olmadığını bildirən bəyanat yayıb.

Bəyanata "125-lər" Siyasi Klubunun təsisçilərindən və üzvlərindən biri, deputat İqbal Ağazadə də imza atıb. Bu səbəbdən də Klubun sədr müavini, hüquqşünas Xalisə Şahverdi istefa verib.

"125-lər" Siyasi Klubunun sədri İlhamiyyə Rza bu istefa olayına münasibət bildirib.

O, AzNews.az-a deyib ki, X.Şahverdinin istefası xoşagələn hal deyil: "Düzünü deyim ki, bunu heç gözləmirdim, çünki Xalidə xanım komandamızın bir parçasıdır, bütün verdiyimiz qərarları birgə formalaşdırmışıq. Onun gedişi bizim üçün itkidir".

İ.Rza X. Şahverdiyə gələcək işlərində uğurlar arzulayıb: "Bu, seçim məsələsidir. O da öz seçimini edib".

Xatırladaq ki, Xalisə Şahverdi "125-lər" Siyasi Klubundan istefa verdiyi haqda informasiyanı özünün "Facebook" səhifəsində yazıb.

Bahar RÜSTƏMLİ