Görüşdə sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb Görüşdə sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və İran prezidentləri görüşdü

Görüşdə sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb



Bu gün Azərbaycan prezidenti İlham Əliyevin İran prezidenti Mahmud Əhmədinejad ilə görüşü olub. AzNews.az-ın presizdent.az saytına istinadın verdiyi məlumata görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanaraq, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Prezidentlər Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrin iqtisadi, ticarət, o cümlədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıblar.

Xalqlarımız arasında mədəni, tarixi yaxınlığın əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratdığı bildirilib, ölkələrimiz arasında münasibətlərin inkişafının regional əməkdaşlığa töhfəsini verəcəyi qeyd olunub. İki ölkə arasında əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayan prezidentlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını diqqətə çatdırıblar. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ədil Hüseynli
AzNews.az