Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla almaniyalı senatorla görüşüb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla almaniyalı senatorla görüşüb.

Kamal Abdulla almaniyalı senatorla görüşdü - Foto

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla almaniyalı senatorla görüşüb.


AzNews.az xəbər verir ki, görüş Almaniya Federativ Respublikası parlamenti-Bundestaq Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan bir qrup parlament üzvləri ilə baş olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş tutan görüşdə Dövlət müşaviri almaniyalı parlamentarilərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumat verib, ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içində yaşadıqlarını, Azərbaycanda məscidlərlə yanaşı çoxlu sayda kilsələrin və sinaqoqların normal fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı seçkilyin izi belə yoxdur. Akademik Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl "Kitabi Dədə Qorqud"un "Basatın Təpəgözü öldürməsi" boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıtmasını xüsusilə qeyd edib.

Görüşdə Dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini də dilə gətirib, bunun yolverilməz olduğunu bir daha bəyan edib.
image description image description image description image description