Rusiya: “Avropa Birliyi beynəlxalq sanksiya tətbiq edə bilməz”

Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov İran, Suriya və Belarusa qarşı tətbiq edilən sanksiyalardan danışıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Çijov hər üç ölkəyə qarşı tətbiq edilən yeni və daha sərt sanksiyaları uğursuz adlandırıb.

"Bu üç ölkənin situasiyaları bir birindən tamamilə fərqlidir. Avropa Birliyi bu ölkələrə sanksiya tətbiq etməklə düzgün yol seçməyib". Bundan əlavə, Çijov Avropa Birliyinin beynəlxalq sanksiya tətbiq etmək hüququnun olmadığını deyib. "Beynəlxalq sanksiyalar BMT Təhlükəsizlik Şurasında qəbul olunmalıdır.

Digərlərinin qəbul etdiklərini sanksiya belə adlandırmaq olmaz. Onlar sadəcə tək tərəfli məhdudiyyətlər kimi qiymətləndirilir".

Sadiq Musa
AzNews.az