Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub. Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.

İran və “altılıq” ölkələri razılaşdı - Tarixi qərar

Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters"ə iranlı diplomat məlumat verib. Başqa bir iranlı mənbə də məlumatı təsdiqləyib.

Adı açıqlanmayan İran diplomatı ağır danışıqların nəticə verdiyini və İranın nüvə proqramına dair razılığın əldə olunduğunu bildirib. Hələlik anlaşma barədə rəsmi açıqlama yayılmayıb.

"Reuters" bir gün əvvəl diplomatik mənbəyə istinadən xəbər yaymışdı ki, saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit ediləcək. Mənbə qeyd edib ki, saziş imzalandıqdan sonrakı 1 ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunacaq.

Qeyd edək ki, İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa hazırlaşır.