Bu ilki parlament seçkisində 4 universitetin rektoru Yeni Azərbaycan Partiyasının rəsmən namizəd olub. Bu ilki parlament seçkisində 4 universitetin rektoru Yeni Azərbaycan Partiyasının rəsmən namizəd olub.

Onlar rektorluqdan uzaqlaşdırılacaq – Siyahı

Bu ilki parlament seçkisində 4 universitetin rektoru Yeni Azərbaycan Partiyasının rəsmən namizəd olub.


AzNews.az xəbər verir ki, YAP builki siyahıda yenə də Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun 65 saylı dairədən, Müəllimlər İnstitutunun rəhbəri Aqiyə Naxçıvanlının 117 saylı dairədən, Bədən Tərbiyə və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin 32 saylı dairədən, Dillər Universitetinin rektoru Səməd Seyidovun namizdəliyini 36 saylı dairədən irəli sürüb.

Siyahıda adı olan 4 deputatdan fərqli olaraq Memarlıq və İnşaat universitetinin rektoru Gülçöhrə Məmmədovanın seçildiyi 97 saylı dairədən Ağalar Vəliyevin, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun seçildiyi 16 saylı dairədən Xıdır İbrahimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bu gün mətbuata açıqlamasında bildirib ki, rektor deputatlar qarşısında şərt qoyulub: ya rektorluq, ya da deputatlıq: "Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin". Bu isə o deməkdir ki, YAP-ın siyahısıyla seçkiyə qatılan rektor deputatlar seçiciləcəkləri təqdirdə rektorluqdan gedəcəklər.