Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək. Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.

AŞPA qış sessiyasında yeni prezident seçəcək

Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib.

"2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır", - deyə o, söyləyib.

AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.