“Qoşunların tәmas xәttindә baş verənlər bizi narahat edir”- ABŞ səfiri

“Azərbaycan və Ermənistan qoşunlarının tәmas xәttindә baş verən hadisәlәr bizi narahat edir”.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

Onun sözlәrinә görә, ABŞ tәrәflәri bir araya gәlәrәk problemi danışıqlar yolu ilә hәll etmәyә çağırır: "Bu günlәrdә cәnab Uorlik hәr iki ölkәnin xarici işlәr nazirlәrinin görüşünü tәşkil etdi. İlin sonunadək prezidentlәrin görüşünün tәşkil ediləcəyinә ümid edirik. Son yaşanan gәrginlik xalqların arzuladığı vә ölkә rәhbәrlәrinin münaqişәnin sülh yolu ilә hәlli barәdә bәyanatları ilә üst-üstә düşmür".

Sәfir Ermәnistan prezidentinin Dağlıq Qarabağı Ermәnistanın bir hissәsi hesab etmәsi barәdә bәyanatına da münasibət bildirib: "Hәr iki tәrәfdәn bәyanatlar olub. Münaqişәnin dinc yolla hәll edilmәsi, irәliyә addım atılması üçün tәrәflәr bir araya gәlmәli və birgә işlәmәlidirlәr. Bunun üçün ATӘT tәrәfindәn tәsbit olunmuş müәyyәn qaydalar var. Hәmsәdrlәrin gәrginliyi azaltmaq vә münaqişәni danışıqlar yolu ilә hәll etmək çağırışlarına istinad edirәm".