“Onun psixoloji problemləri var” “Onun psixoloji problemləri var”

Bəxtiyar Hacıyev yayılan şayiələrə aydınlıq gətirdi

“Onun psixoloji problemləri var”



"Facebook" sosial şəbəkəsində "Azerbaijan-Azerbaycan" səhifəsinin rəhbəri Emil Məmmədov millət vəkilliyinə eks namizəd Bəxtiyar Hacıyev tərəfindən ölümlə hədələndiyini bildirib. E.Məmmədovun Gün.Az-a verdiyi məlumata əsasən, Bəxtiyart Hacıyev 4 aya yaxındır ki, onu hədələyir: "Mən "facebook"da 200 mindən çox üzvü olan "Azerbaijan-Azerbaycan" səhifəsinin rəhbəriyəm.

Bəxtiyar azadlığa çıxan gündən mənim səhifəmi əlinə keçirmək istəyir. Hətta o bununla bağlı polisə də şikayət etmişdi. Ancaq polis dedi ki, bu qanunsuzdur. Bu günlərdə isə Bəxtiyar yenə mənə təhqir dolu SMS yazıb, orada qeyd edib ki, məni birdəfəlik susduracaq. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəm".

Məsələyə aydınlıq gətirən Bəxtiyar Hacıyev AzNews.az-a deyib ki, həmin insan "facebook"da əxlaqsızlıq edib: "O, mənim "facebook" səhifəmdə olan insanlara öz əxlaqına uyğun şeylər yazıb. Onu bir dəfə bağışladım. İkinci dəfə səhifəmə hücum edəndə onu polis bölməsinə apardım, sonra razılaşdıq. Üçüncü dəfə də mənə təhlükə törətdiyinə görə, onu prokurorluğa verdim. Hazırda iş baş prokurorluqda araşdırılır. Bu xəbəri yaymaqla o "qurban" obrazı yaratmaq istəyir. O, psixoloji problemi olan, xəstə adamdır".

B.Hacıyev əlavə edib ki, oktyabrın 20-dən başlayaraq, sosial şəbəkədə Emil Məmmədov ona qarşı qara piar kampaniyası aparır: "Əvvəlcə ona zəng elədim ki, əməllərindən əl çəksin. Cavab vermədiyindən sms yazdım. İndi həmin sms-imi ictimailəşdirib. Mən saytın rəhbərliyi ilə əlaqə saxlayacam".

İlkin Pirəli
AzNews.az