Ukrayna ilə Rusiya arasında qaz savaşı

Kiyev Moskva ilə qaz müharibəsinə başlayıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Regnum agentliyinə Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov verib.

O, bildirib ki, Ukrayna razılaşmaya əsasən Rusiyadan aldığı qazı azalda bilməz və buna hüququ yoxdur. "Ukrayna qaz sazişi ilə belə desək oynayır. Onlar anlamırlar ki, müqavilənin şərtlərini pozmağa görə, ciddi cərimələnə bilərlər. Ondan əlavə, Ukraynanın Rusiya ilə danışıq tərzi də dəyişib".

Fond direktoru onu da bildirib ki, Rusiya qazının azaldılması Ukrayna iqtisadiyyatı üçün ciddi fəsadlar yarada bilər, çünki onların qaz nəqli üçün alternativləri yoxdur. "Qabaqdan qış gəlir. Qazı yeraltı anbarlara depolamaq lazım gələcək. Rusiyanın Avropaya qaz satışına başı qarışacağı üçün Ukrayna nəzərdən kənarda qalacaq. Onlar isə, turbalardan qaz oğurluğuna başlayacaqlar ki, bu da yeni problemlər yaradacaq. Ukrayna bütün bunları nəzərə almırmış kimi özünü aparır".

Simonov Ukraynanı reallıqdan uzaq populist siyasət aparmaqda da ittiham edib. O, bildirib ki, seçkilərdə səs qazanmaq üçün Ukrayna Rusiyaya qarşı kompaniyaya başlayıb. "Onlar güman edirlər ki, Rusiyaya qarşı oyunda iştirak etməklə həm xalqın, həm də Avropanın dəstəyini qazanacaqlar. Avropa onları İqtisadi Birliyə daxil edəcək. Ancaq bu çox riskli gedişlərdir".

Sadiq Musa
AzNews.az