Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizadənin elan olunması maraqla qarşılanmışdı. Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizadənin elan olunması maraqla qarşılanmışdı.

Araz Əlizadə İqbal Ağazadəyə qalib gəldi - Yenilənib

Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizadənin elan olunması maraqla qarşılanmışdı.


Məlumata görə, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6-dan protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının "protokollar" bölməsində sıfırlanıb.

Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb.
Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.

12:08
***

MSK sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bildirib ki, bu dairədə qalib Araz Əlizadədir: "O, 8626 səs toplayaraq 47 faiz səslə qalib olub".





Qafqazinfo.az